"Məndə Məcnundan füzun aşiqliq istedadı var,Aşiqi sadiq mənəm Məcnunun ancaq adı var"
Deyirdi Fuzuli (1483-1556) Aşk dediyi isə, ilahi olana çatmaq istəyən bir səydən ibarət idi. Cəmiyyətin hər hansı bir problemindən ya da fərdin dərdindən deyil, yalnız eşqdən bəhs edirdi. Bəzi qaynaqlara görə Hz. Əlinin türbəsində gözətçi idi. Sultan Süleyman'ın bağladığı maaşı belə ala bilməyən bir kasıb idi. Ancaq yenə də eşqdən, şərabdan bəhs edirdi. Öz dərdlərini, çətinliyini deyil, mazmunları izah edirdi. Halbuki Bəxtiyar Vahabzadə(1925-2009):
"Yaşamaq yanmaqdır, yanasan gərək!
Şamın yaşaması yanmasından
Əgər yanmırsa yaşamır demək"
Deyərək cəmiyyətin keçirdiyi çətin zamanları və öz həyatındakı ağrıları izah edirdi. Füzulidən bahsetmemizin səbəbi, təvazökar şəxsiyyətinə müqabil, ədəbiyyatının hər zaman sənət məqsədli formalaşması, saraylara layiq olmasıdır. Buna qarşılıq Vahabzadə, gərək Azeri ağzında danışanların, gərək də bütün Türk dünyasının var olma mübarizəsi verdiyi bir dövrdə dünyaya gəlmişdir. Onun şeiri bölgənin yaşadığı siyasi və ictimai çətinliklərin əksidir.
Sanat əsəri cəmiyyətin aynasıdır. Bu coğrafiyanın gözəl zamanlarında eşqdən və əyləncədən danışılırdı. Divan şairləri güzelden dəm vururdu. Füzuli kimi təvazökar təsəvvüfçülər belə cəmiyyətin problemlərindən çox, sənətin gözəlliyindən bəhs edirdi. Füzuli:
"İçmək istər bülbülün qanın məgər bir rəng ilə
Gül budağınun mizacına girə qurtara su "
deyərkən, Vahabzadə:
"Bu bahar oxuma, bülbül, sən allah.
Zülmətdir,
Yoluna şam tutanın yox.
Şuşan ağlar qaldı, köçdü el-oba
Şirin cəhcəhinə dəm tutanın yox.
Sən Cıdır düzündə cəh-cəh vuranda
Qədir hay verərdi sənə bir anda."
Zülmətdir,
Yoluna şam tutanın yox.
Şuşan ağlar qaldı, köçdü el-oba
Şirin cəhcəhinə dəm tutanın yox.
Sən Cıdır düzündə cəh-cəh vuranda
Qədir hay verərdi sənə bir anda."
Ona göre şeirin, ədəbiyyatın cəmiyyət həyatı xaricində ayrıca bir mövzusu ola bilməz. Cəmiyyət təhdid altında olanda da onu müdafiə insanların düşüncəsində başlanmışdır. Düşüncə rabitə ilə formalaşır. Buna görə cəmiyyət olaraq təhdid altındakı ədəbiyyat sənətdən çox birlikdəliye dair əsərlər verir.
Bülbülə verilən mesaj siyasət ilə dəyişmişdir. Əvvəllər bülbülə verilən mesaj daha çox sevgi ilə ilgiliyken, indi bülbülün rahatlığı tənqid olunmaqdadır. Bunu Akif(1873-1936)'te də görmək mümkündür:
"Eşin var,aşiyanın var, baharın var, ki gözlədin;
Qiyamətlər qoparmaq nə idi, ey bülbül, nədir dərdin?
O zümrüd taxta kondun, bir səmavi səltənət qurdun;
Cihan yurdu həmişə çeynense, çeynenmez sənin yurdun."
Qiyamətlər qoparmaq nə idi, ey bülbül, nədir dərdin?
O zümrüd taxta kondun, bir səmavi səltənət qurdun;
Cihan yurdu həmişə çeynense, çeynenmez sənin yurdun."
Hiç yorum yok:
Yorum Gönder